Səkkiz yarım (film, 1963)
"Səkkiz yarım" (it. Otto e mezzo) — rejissor Federiko Fellininin filmi.
Rejissor Qvido Anselmi nüvə qəzasından sonra bəşəriyyətin xilası haqqında film çəkməyə hazırlaşır. Qvidonun bundan əvvəlki filmi böyük müvəffəqiyyət qazandığına görə prodüser belə hesab edir ki, bu film də ondan geri qalmayacaq. Dekorasiyalara milyonlarla pul xərclənib, neçə-neçə aktyorun siyahısı tutulub, ssenarist öz işini görməyə tam hazırdır, lakin Qvido bu filmi çəkməyə hazır deyil, o, özünə ilham mənbəyi axtarır. Səbəb onun həyatdan və sevgidən bezməsidir. Prodüserlər və kinostudiya ekran əsərinin çəkilişlərinin başlanmasını tələb edirlər. Film isə hələ ki, mövcud ola bilməz.
Bu ekran əsərinin ideyasını Qvidonun həyatı, uşaqlıq xatirələri, sürrealistik görünüş və işıqlandırma təşkil edir, lakin bunun üçün hələ də ilham mənbəyi lazımdır.
Filmin adının niyə məhz "Səkkiz yarım" olmasının izahının bir neçə cavabı var.